THE LAST TERMINAL 02
MƏXFİLİK SİYASƏTİ
Nəyin saxlandığını və onu necə silə biləcəyini bil
The Last Terminal oyununda məlumatların toplanması, istifadəsi və silinməsi
Məlumatların idarəçisi
The Last Terminal oyununda məlumatların işlənməsinə ALLTER MMC cavabdehdir. Əlaqə: khalid.nazarov@allter.az · Bakı, Azərbaycan
WhatsApp+994 99 708 78 28Bu siyasət oyunun veb versiyasına və onun məlumat səhifələrinə aiddir. Hesab açılmır; oyuna daxil olmaq üçün e-poçt, telefon nömrəsi və həqiqi ad tələb olunmur
Nə toplanır?
- Oyun yaddaşı — seçdiyin ad və ya ləqəb, irəliləyiş, seçimlər və nailiyyətlər cihazda, bağlantı olduqda isə serverdə saxlanılır. Həqiqi ad əvəzinə ləqəb seçə bilərsən
- Seçimlər — səs, görüntü, idarəetmə, musiqi və quraşdırma pəncərəsi ilə bağlı seçimlər cihazda saxlanılır
- Oyun tanıyıcısı — təsadüfi kod və sessiya kukisi cari brauzeri saxlanmış oyunla əlaqələndirir. Bu, adla qeydiyyatdan keçən hesab deyil
- Təhlükəsizlik qeydləri — sorğuları məhdudlaşdırmaq üçün IP ünvanından yaradılmış kod və sayğac saxlanılır. Serverin giriş qeydlərində IP ünvanı, sorğu ünvanı və vaxtı, brauzer məlumatı ola bilər
- Dəstək müraciəti — yalnız bizə yazdıqda göndərdiyin mesaj, əlaqə adı, e-poçt və ya telefon nömrəsi müraciətə cavab vermək üçün işlənir
Veb oyun kamera, mikrofon, kontaktlar və dəqiq məkan üçün icazə istəmir. Oyundakı ASAN İmza səhnəsi həqiqi identifikasiya və ya imza məlumatı toplamır
Məlumatlar nə üçün işlənir?
Yadda saxlanmış oyunu bərpa etmək, seçimlərini tətbiq etmək, nailiyyətləri göstərmək və xidməti sui-istifadədən qorumaq üçün
Oyun yaddaşı reklam üçün istifadə olunmur. Məlumatlar satılmır və reklam üçün paylaşılmır. Serveri işlədən hostinq xidməti məlumatların saxlanması və təhlükəsizlik qeydlərinin işlənməsində iştirak edə bilər. Qanuni tələb olduqda məlumatın səlahiyyətli quruma verilməsi mümkün ola bilər
Ana səhifədəki MilliNet banneri MilliNet saytından yüklənir. Bu zaman IP ünvanı, brauzer məlumatı və saytımızın ünvanı MilliNet-ə ötürülür. Həmin xidmət öz kukilərindən istifadə edə bilər
ALLTER-in əlaqə formasına göndərdiyin məlumatlar həmin saytın məxfilik qaydalarına əsasən işlənir. WhatsApp keçidi yalnız özün açdıqda həmin xidmətə aparır; səhifədə WhatsApp izləyicisi yerləşdirilmir. Yazışma WhatsApp-ın məxfilik qaydalarına da tabedir
Yaddaş və saxlanma müddəti
Yerli oyun yaddaşı və ayarlar onları silənədək və ya brauzer təmizləyənədək cihazda qalır. İnternetsiz açılması üçün oyun faylları ayrıca keşdə saxlanıla bilər. Başqa cihaz və brauzer bu yaddaşı paylaşmır
Oyun tanıyıcısının kukisi 365 günədək etibarlıdır; sessiya kukisi brauzer sessiyası üçün verilir. Kukinin vaxtının bitməsi serverdəki oyun məlumatını avtomatik silmir
Serverdəki oyun yaddaşı və nailiyyətlər üçün hazırda avtomatik silinmə müddəti tətbiq olunmur. Onları aşağıdakı düymə ilə silə bilərsən. IP-dən yaradılan təhlükəsizlik qeydlərinin də avtomatik təmizlənmə cədvəli yoxdur. Serverin ümumi giriş qeydlərinin saxlanma müddətini bu oyun idarə etmir. E-poçt və WhatsApp yazışmaları istifadə olunan xidmətlərdə qala bilər; silinməsi barədə bizə yaza bilərsən
Məlumatlar necə qorunur?
Rəsmi ünvan tlt.allter.az-dır. HTTPS ilə açıldıqda brauzerlə server arasındakı məlumatlar şifrəli bağlantıdan keçir
Oyun sorğuları sessiya yoxlaması və sorğu məhdudiyyətləri ilə qorunur. Oyun tanıyıcısı serverdə çevrilmiş kodla saxlanılır; saxlanmış oyunlar başqa oyunçulara açıq deyil. Şəbəkə və cihazların tam təhlükəsizliyinə zəmanət vermək mümkün deyil
Oyun məlumatlarını sil
Düymə cari brauzerin oyun yaddaşını, ayarlarını və nailiyyətlərini, həmçinin bu brauzerin tanıyıcısına bağlı server məlumatlarını silir. Serverdə silinmə təsdiqlənməsi üçün internet bağlantısı lazımdır. Əməliyyat geri qaytarılmır
Yüklənmiş oyun faylları, serverin giriş qeydləri və IP-dən yaradılan təhlükəsizlik qeydləri bu düymə ilə silinmir. Cihazdakı bütün sayt fayllarını brauzerin sayt yaddaşı ayarlarından təmizləyə bilərsən
Kukiləri əvvəlcədən silmisənsə, köhnə server yaddaşını həmin brauzerlə tapmaq mümkün olmaya bilər. Belə halda bizimlə əlaqə saxla; səni tanımağa imkan verməyən məlumatı müəyyən etməyin mümkün olmaya biləcəyini nəzərə al
Uşaqların məlumatları
Qorxu və zorakılıq səhnələri olan oyun uşaqlara yönəlməyib. Uşağa aid məlumatın göndərildiyini düşünürsənsə, araşdırılması və silinməsi üçün bizimlə əlaqə saxla
Suallar və dəyişikliklər
Məlumatlara baxmaq, düzəliş və ya silinmə barədə müraciət üçün khalid.nazarov@allter.az vasitəsilə yaz. Mesajda oyunun adını qeyd et; şifrə, şəxsiyyət sənədi və ya imza kodu göndərmə
Məlumatların işlənməsi dəyişdikdə bu səhifə və yenilənmə tarixi də dəyişəcək